Çərşənbə, 27 Fevral 2019 09:56

Cavid Cabbarlı: "İran daha bir yanlış addımı ilə bizi xəyalqırıqlığına uğratdı"

Dünən (26.02.2019) Xocalı Soyqırımının 27-ci ildönümü idi. Azərbaycanda və müxtəlif ölkələrdə Xocalı Soyqırımı ilə bağlı tədbirlər keçirildi. Eyni zamanda dünən bizim üçün maraqdoğuran daha bir hadisə baş verib. Ermənisanın baş naziri Paşinyan İranda səfərdə olub. 
Mövzu ilə bağlı mühacirətdə yaşayan ilahiyyatçı, jurnalist Cavid Cabbarlı facebook səhifəsində münasibət bildirib. Xeberinfo.de jurnalistin statusunu olduğu kimi təqdim edir:

“Əksər vaxt İranın haqlı mövqeyini dəstəkləmişəm. Amma bu dəfə işğalçı ölkənin baş nazirinin işğal günü İranda qarşılanması çox böyük yanlışlıqdır, düşünürəm. Kimin harda kiminlə görüşməsi bizi ilgiləndirməz. Lakin XX əsrin ən böyük soyqırımlarından biri kimi qiymətləndirilən Xocalı Soyqırımı günü məhz İranda işğalçı ölkənin baş nazirinin poz verməsi, təntənəli qarşılanması Azərbaycana qarşı çox ciddi haqsızlıqdır. Qonşuluq, məzhəb və bu kimi amilləri nəzərə almadan da deyə bilərəm ki, işğal günü işğalçını qəbul etmək siyasi baxımdan mövqe sərgiləməkdir. Bu səfər bir gün tez, ya gec baş tutsaydı, (tuta bilərdi) təbii ki, bu fikirləri yazmaq zorunda qalmazdım. 
Əlqərəz, İran daha bir yanlış addımı ilə bizi xəyalqırıqlığına uğratdı..!“

pashinyan rohani

Oxunuş sayı 1551 dəfə
Şərh vermək üçün giriş edin
Top