Cümə, 03 Yanvar 2020 10:48

Generala qarşı terror nələr vəd edir? - Trump Hitleri təkrarlaya bilər

General Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsi çox ciddi hadisədir. Amerika bu terroru öz üzərinə götürüb və hətta sərəncamın prezident tərəfindən verildiyini etiraf edib. Sıradan bir hərbi əməliyyat olmadığı üçün bir sıra hallara səbəb olacaq:
1. Regionda müharibənin uzun müddət davam edəcəyinə,
2. Birbaşa İran-ABŞ müharibəsinin başlanğıcına,
3. Neftin kəskin qiymət artımına,
4. Ölkəmiz - Azərbaycan İranla qonşu olduğu üçün ağır itkilər verəcəyinə,
5. Müsəlman Şərqində həyatın daha ağır şərtlərlə davam edəcəyinə.
Belə bir terror aktını ABŞ üzərinə götürməklə bəzi mesajlar da verir;
1. Amerika ordusu İraq və Suriyadan çıxmayacaq
2. ABŞ birbaşa İranı hədəf seçir, onu açıq müharibəyə sürükləyir
3. ABŞ bütün dünyanı idarə etmək istəyindən geri çəkilmir
4. ABŞ Müsəlman Şərqini daim təzyiq və təhdid altında saxlamaq fikrindədir.
Bu hadisəni üçüncü dünya müharibəsinin başlanğıcı da hesab etmək olar. Çünki İran ağır intiqam alacağını bəyan edib. ABŞ regionda mövqeyini daha da möhkəmləndirmək istəyir. Düşünürəm ki, 1979-cu ildən başlayan soyuq savaş (İran-ABŞ) müharibə nəticəsində sonlana bilər. Ya İran uduzaraq, sistem dəyişikliyinə məhkum ediləcək, ya da ABŞ regiondan qovulmaqla, dünyada gücünü itirəcək. Bu müharibədə Rusiya da kənarda qalmayacaq. Rusiyanın Iranla müttəfiqliyi qaçılmaz olacaq. Belə vəziyyətdə Türkiyə İran və Rusiya birliyinə xəyanət etməzsə, ABŞ hegamonluğu və təhdidi bitəcək. Cəbhə seçimində Çininin İrana dəstək verəcəyi anlaşılandır. Avropa isə tərəfsiz qala bilməz. ABŞ-ın bütün dünya üçün təhdid olduğunu anlayarsa, İranın yanında dayanmalıdır.
Diqqətdən qaçmayan və hadisənin əhatəsini genişləndirən amil İranın Israilə hücum etməsi ola bilər. İran dəfələrlə bəyan edib ki, Amerika bizə hücum edərsə, İsraili vuracağıq. Trump bu sərəncamla İsraili çətin duruma saldı.
İki müsəlman generalının şəhid edilməsi bəziləri tərəfindən sevinclə qarşılanır. Bəziləri də üzgündür. Təbii ki, böyük itkidir və lakin İran bütün müharibə strategiyasını bu şəxslər üzərində qurmayıb.
Onu da qeyd etməliyəm ki, bundan sonrakı silahlı qarşıdurmaların, axıdılan qanların günahkarı ABŞ-dır. Trump bu addımı ilə Hitleri təkrarlaya bilər.

Cavid Cabbarlı

Oxunuş sayı 1473 dəfə
Şərh vermək üçün giriş edin
Top