Bazar ertəsi, 18 May 2020 12:12

Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır

Məzlum Fələstin xalqılnın sülh və azadlıq, doğma yurd-yuvalarına qayıdış həsrətindən qəlbləri ağrılı fəryad, gözləri acılı yaşla, çöhrələri kədər-qəmlə doludur.

”Bu gün yenidən İsrail mərmiləri Fələstinin günahsız, məsum körpələrini rəhmsizcəsinə qanına qəltan etmişdir” məzmunlu informasiyaları eşitməyə külli-aləm, dünya birliyi vərdiş etmişdir. Sanki zərurətdən doğan hadisə və ya heç nə olmamış kimi hər kəs öz işindədir. Hakimiyyət və qütbçülük maraqları namunə bu cəlladları hətta bəziləri dəstəkləyir, bəziləri də özlərini görməzliyə vururlar. Sözdə bir, əməldə başqa poza verənlər də az deyil. Allah-təala Qurani -Kərimdə buyurur:”Biz cin və insanlardan bir çoxunu cəhəmmən üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar, gözləri vardır, lakin onunla görməzlər, qulaqları vardır, lakin onunla eşitməzlər.Onlar heyvandan da azğındırlar.” Əsrlərlə davam edən bu işğalçılıq siyasəti ərəb torpaqlarının satın alınması ilə başlandı. İnsani fitrət prizması və təhrif edilmiş dəyərlərinin mahiyyəti etibarl ilə yanaşsaq izraillilərin gələcək niyyətlərini böyük və usanmaz zülmlər girdabında görmək olar. Vəhyə söykənən, tövhidin mərkəzi sayılan, Davudun(ə), Həzrət İbrahimin(ə), və sayı-hesabı bilinməyən peyğəmbərlərə Allahın vəhylərinin şahidi olan, qövmünü məhv olmaqdan qurtarmaq üçün Həzrət Musanın(ə) sığındığını, Həzrət Məhəmmədin(s) meracını görən, çox qanlı-qadalı tarix yaşayan bu müqəddəs torpaqların işğalı üçün ən böyük fürsət ingilislərin səlib yürüşü dövrünə təsadüf etdi. Onlar qəsb etdikləri bu müqəddəs torpaqlardan çəkildikdən sonra hegemonçuluq yəhudilərin əlinə keçdi.Bəşəriyyətin ən qorxulu kabusu sayılan sionizm ideologiyasının təhriki və ingilis himayədarlığı nəticəsində 1947-ci ildə BMT-yə təzyiq vasitısilə ərəblərin ata-baba yurdunda yəhudi sionist dövləti yaratmaq qərarı qəbul etdirildi. 1948-ci il may ayının 14-də gecə saatlarında Yəhudi Mlli Şurası İsrail dövlətinin yaradılması barədə “istiqlal bəyannaməsi”ni elan etdi. Beləliklə dünyaya yeni daha qəddar bir qəsbkar rejim qədəm qoydu. Az zaman kəsiyində sionist rejim çevik davranaraq hər növ insan haqlarını ayaqlar altına atdı və əsrin əvvəllərində yəhudi milliyyətindən olanların sayını ərəblərə nisbətdə 8 faizdən 78 faizə çatdırdı. Sözsüz ki, qəsbkarların diqqəyində müqəddəs Qüds şəhəri önəmli idi. Müsəlmanların ilk qibləgahı olan Qüds, şəhərin qucağında yerləşən Məscidül-Əqsa və Peyğəmbərin(s) İsra və Merac möcuzəsi bu önəmliyi şərtləndirən əsas amillər idi. Qüdsün işğalında sionizmin başlıca niyyəti böyük bir İlahi simvolun, qədim sivilzasiyalar mərkəzinin, haqqın, ədalətin bəşər tarixində dərkini ehtiva edən mübarək məkanın məzmun və keyfiyyətini dəyişmək, dünyaya bu mərkəzdən təkəbbür və zülmü ixrac edərək qəbul etdirmək oldu. Çünki peyğəmbərləri qətlə yetirənlər Allaha da asi olmalı, Onun seçdiyi məkanı zülm ocağına çevirməli idilər. Qəsbkar İsrail rejimi 1964-cü ilə kimi Fələstin torpaqlarının 70 faizinin qəsbini həyata keçirtdi. Bu məkanda soyqırım apardı və bu mənfur siyasət bu gün də davam etməkdədir. Bununla kifayətlənməyən rejim 1967-ci ildə məlum hərbi təcavüzlə müsəlmanların iradəsini qıraraq təəssübkeşliklərini sınağa çəkdi və bu gün də bəzi müsəlman dövlətlərini separatizmə çəkməyə səy göstərir. Həyat həqiqətləri, tarixi-coğrafi dönəmlər Allahın nazil etdiyi bütün dəyərlər silsiləsi ardıcıllığı ilə sübut etdi ki, bütün cəmiyyətlərdə zülm və ədalət qarşı-qarşıya dayanmışdır. Allahın sonuncu nazil etdiyi İslam dini isə bu zülmün qarşısında dayanmaq kimi mühüm dialektik missiyanı daşımaqdadır. Bəşəriyyəti zülmə qarşı daim mübarizəyə çağıran İslam dini onun qurtuluşunu təmin etməkdə vəzifəlidir. Bu vəzifəni İslam Peyğəmbəri(s), Onun Əhli-Beyti və layiqli davamçıları yerinə yetirmiş və yetirməkdədirlər. Bu gün insanlıq imtahan qarşısındadır. Dünyanın şər qüvvələri Amerika başda olmaqla haqqın, ədalətin təşəkkül tapdığı nöqtəni zalımın və zülmün artdığı nöqtəyə çevirmək istəyindədirlər. Müqəddəs Qüdsün fundamental dəyərlərini qaytarmağın, yer üzündə zülmə son qoymağın yeganə yolu bu mübarək məkanı zalım qövmün caynağından qurtarmaqdır. Məhz 1979-cu ildə İran İslam İnqilabının dahi banisi İmam Xomeyni Rizvanullah haqdan gələn fitrəti və uzaqgörən ləyaqəti ilə bu istiqamətdə çox mühüm bir addım atdı. Dahi Rəhbər hər il Ramazan ayının son cümə gününü “Qüds günü” elan etdi. Bu təyinat dünya müsəlmanlarının, tərəqqipərvər bəşəriyyətin qarşısında böyük vəzifələr yaratdı. Zülmə nifrət, məzlum xalqların haqqını tanıyaraq onu müdafiə etmək mahiyyətini daşıyan “Qüds günü” insanlığa çağırış, bəşəriyyətə azadlıq, zalım qövmlərə qarşı mübarizənin başlanğıcıdır. Qüdsün azadlığı bəşəriyyətə qəsbkar və qəsbkarlığın iyrənc mahiyyətini açmaqla dünyaya sülh, müsəlmanlara tərəqqi, haqsızlığa son və müqavimət keyfiyyəti aşılayır. Bu, özlüyündə İslam dininin dəyəri, insanlığın təcəllasıdır. Azərbaycan xalqı dünyanın işğala məruz qalan xalqları sırasındadır. 18-ci əsrin əvvəllərindən başlayaraq torpaqlarımıza göz dikənlər 19-cu əsrin əvvəllərində niyyətlərini həyata keçirməyə başladılar. Ötən əsrin sonlarında isə İsrailin Fələstin senarisi ilə doğma Qarabağımız erməni quldurları tərəfindən qəsb edildi. BMT qərarları və bu qərarların icra olunmasına münasibət hər iki işğal faktorunun oxşarlığını sübut edir. Çünki zülmün qaynaqlandığı bir nöqtə silinməyincə ikinci, üçüncü və daha çox belə nöqtələr meydana gələr. Necə ki, bu gün İraq, Suriya, Əfqanıstan, Yəmən və başqa müsəlman torpaqları, minlərlə, milyonlarla körpə müsəlman övladları zülm altında inləyir. Özünü dünyaya sülh və azadlıq təəssübkeşi kimi sırımaq istəyən qüvvələr nahaqdan axıdılan insan qanına göz yumur, çox vaxt isə faciə müəlliflərini, qəddar hakimləri himayə edirlər. Qüds məhz bizim üçün bu qüvvələrə qarşı mübarizədən ötrü önəmli, zülmə qarşı savaş üçün vacibdir.

Akif Heydərli, Azərbaycan İslam Partiyasının funksioneri

Oxunuş sayı 1437 dəfə
Şərh vermək üçün giriş edin
Top