Wednesday, July 24, 2019

İcra başçısı müxalifətçinin qızının toyuna mane oldu

Bu məqaləni qiymətləndir
(0 səs)

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olub. Bu barədə jurnalist Natiq Cavadlı facebook-da məlumat verib. 

"Rəzalət! Belə ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun göstərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olublar.
İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.
Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Şamil Hacıbəylinin qızı ilə evlənən oğlanın atasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub".

Oxu 81 dəfə