QHT Şurasında yoxlama anonsu: "Korrupsiya, qrant maxinasiyası, tender oyunları..."

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparlacaq.

Məlumatda bildirilir ki, hakimiyyətin son günlər başlatdığı islahat kampaniyası QHT Şurasından da yan keçməyəcək. Belə ki, Şuranın son ildəki fəaliyyəti təftiş olunacaq.

Mənbə bildirib ki, yoxlamalar əsasən qrantların kimlərə verilməsi və təyinatı üzrə xərclənib-xərclənməməsi ilə, həmçinin QHT Şurasının udduğu tenderlərlə bağlı olacaq.

O qeyd edib ki, indiyədək dövlət büdcəsindən bu quruma külli miqdarda vəsait xərclənsə də, Vətəndaş Cəmiyyəti sahəsində ciddi işlər görülməyib.

Son illər dövlət məmurlarının yaxın adamları, deputatların özləri və qohumları qrantlardan yararlanıb, verilən hesabatlar isə formal xarakterli olub. Yəni hesabatlar hamısı sənədləşdirilsə də, əslində, bu görüntü xarakterli olub: "sabah kimsə yazanda və ya hesabat tələb edəndə sənədləri göstətib deyəcəklər ki, hər şey qanunidir və sənədləşdirilib. Amma ortada iş yoxdur".

Mənbə qeyd edib ki, yoxlamalar bütün sahələrdə məhz ölkə başçısının xüsusi tapşırığı əsasında aparılır: "QHT Şurasının sədri Azay Quliyevin fəaliyyətindən isə şəxsən prezident razı deyil. Ona görə də bu yoxlamalar Azay Quliyevə baha başa gələ bilər".

O həmçinin iddia edib ki, Şurada yoxlamalar qəfil başlayacaq və hələ ki qurumda heç kəsdə bu barədə təfsilatlı məlumat yoxdur. (Vizualaz.org)

Mövzunu diqqətdə saxlayacağıq.

Oxu 67 dəfə