İlham Əliyev.....yaxşı, cənab İlham Əliyev! - Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Xeberinfo.de-in məlumatına görə, keçmiş siyasi məhbus, şair Saday Şəkərli İlham Əliyevə müraciət edib. O, müraciətini facebook profilində yayımlayıb.

Şairin müraciətini olduğu kimi təqdim edirik:

"Şərlənib həbs olunduğumdan bir həftə sonra üzvü olduğum Rusiya və Başqırdıstan Yazıçılar İttifaqları dünyaca şöhrətli yazıçıların imzasıyla Sizə müraciətlər ünvanladılar. Cavab verməyə hakimiyyətinizdə bir ağıllı adam tapılmadı və o qədər yazıçının haqqınızda nələr düşündüyünün fərqinə vardınızmı? Ancaq burdan-bura AYB susdu və məhkəməyə bir arayış təqdim etmişdi: Saday Şəkərli adında bir adam AYB-də işləmir. Halbuki bu təşkilatın İdarə Heyətinin üzvü olub və istefa vermişdim.
Anar mənim başımın üstündən mənzil payımı öz katibəsinə və digərlərinə verəndə etirazlarıma reaksiya verən bir Hakimiyyət nümayəndəsi oldumu?
AYB sədri Anar məşhur kafe qalmaqalında TV müsahibələrində o kafedən alınan icarə haqqını imkansız yazıçılar arasında bölüşdürürük deyirdi. Bir soruşan olmadı ki, özü türmədə, oğlu məktəbli, arvadı işsiz olan S.Şəkərliyə o pullardan bir manat ayrıldımı?
Tərəfinizdən ayrılmış səkkiz yüz min manatı goreşənlər öz aralarında bölüşdürdülər, niyə bir xəbər alanınız tapılmadı ki, bu vəsaitdən türmədən sonra xəstəlikdən əzab çəkən üzvünüzə niyə yardım etmədiniz?
Hazırda yazıçılar üçün tikiləcək binada mənzil növbəsində olanlar arasında S.Şəkərlinin adının olub-olmamasıyla maraqlananınız yoxdumu?
AYB fəalları xalq düşməni kimi adımı internet səhifələrindən süpürüblər.
Atası Rəsul Rza 37-ci ildəki xidmətlərinə görə 38-ci ildə Sovet KQB-sinin əliylə AYİ-na sədr gətirildi. Eyni funksiyanı oğlu 30 ildən artıqdır ki, yerinə yetirir.
Daha bu təşkilatda özümü görmədiyimdən istefa verməyi qərara aldım. İnanıram ki, bu hərəkətimə isə mütləq reaksiya verənlər tapılacaq".

Oxu 34 dəfə