Ukraynada seçkilər: Poroşenko ilə Zelenski ikinci tura keçib

Bu məqaləni qiymətləndir
(0 səs)

Ukraynada prezident seçkilərində səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb. 

Rəsmi nəticələr hələlik məlum olmasa da, "exit-poll"un nəticələrinə əsasən, komediya ustası Vladimir Zelenski 30,1% səslə irəlidədir. 

İkinci yerdə 18,5% səslə hazırki prezident Petro Poroşenko, üçüncü yerdə isə 14% səslə sabiq baş nazir Yuliya Timoşenko gəlir. 

Beləliklə, "exit-poll"un nəticələrinə əsasən, Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçir. 

Lakin Y. Timoşenko "exit-poll"un rəyi ilə razılaşmayıb, nəticəslərin saxtalaşdırıldığını iddia edir. O, ikinci tura V. Zelenski ilə özünün keçdiyini bildirib. 

Oxu 98 dəfə