Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 207 nəfərə çatıb

Bu məqaləni qiymətləndir
(0 səs)

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən 8 partlayışda ölənlərin sayı 207 nəfərə çatıb, 450-dən çox insan yaralanıb.

Bu barədə “Ada Derana” portalı polisə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Bundan əvvəl partlayışlar nəticəsində 185 nəfərin öldüyü bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Oxu 154 dəfə