Wednesday, July 24, 2019

Əlcəzairdə ETİRAZ aksiyası - Minlərlə sakin küçələrə çıxdı

Bu məqaləni qiymətləndir
(0 səs)

Əlcəzairin paytaxtı Əlcəzair şəhərində hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, minlərlə sakin bir sıra məmurların, o cümlədən dövlət başçısı vəzifələrini icra edən Əbdülqədir Bensaleh və baş nazir Nurəddin Bəduinin istefasını tələb edir.

18-ci həftədir ki, davam edən etirazlar zamanı bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Şəhərin bəzi rayonlarında polislə etirazçılar arasında toqquşmaların baş verdiyi deyilir. Mərkəzi meydan və küçələrdə polis qüvvələrinin sayı artırılıb.

Oxu 54 dəfə