Berlində "Saxta qurtuluşa son, diktatora istefa" aksiyası keçirildi - VİDEO+FOTO Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Xeberinfo.de-nin verdiyi məlumata görə, dünən (14.06.2019) Almaniyada yaşayan bir qrup siyasi mühacir 15 İyun – Qurtuluş Gününə etiraz olaraq aksiya keçiriblər.

Azərbaycanın Berlindəki səfirliyi qarşısında keçirilən etiraz aksiyasının əsas şüarı "Saxta qurtuluşa son, diktaturaya istefa", - olub. Aksiya iştirakçıları çıxışlarında həmin tarixi xalqın faciələrinin başlanğıcı kimi qiymətləndiriblər. Eyni zamanda, ölkədəki siyasi məhbuslara azadlıq tələbləri də səsləndirilib.

İlk olaraq çıxış edən siyasi mühacir Cavid Cabbarlı bildirib: “Dünyanın heç bir ölkəsində belə bir qayda yoxdur ki, Milli Məclis sədrinin seçilməsi bayram kimi qeyd edilsin. Ölkə iqtidarı Azərbaycanın birinci və ikinci dəfə müstəqillik qazandığı tarixləri bayram kimi qeyd etmədiyi halda, Heydər Əliyevin hakimiyyətə gəlişi rəsmi bayram kimi qeyd edilir. Azərbaycanda özbaşınalıq, xaos və korrupsiyanın əsası məhz 15 İyun tarixində qoyulub. Biz buraya saxta qurtuluşdan qurtulmağa toplaşmışıq”.

C.Cabbarlı, iqtidara etiraz olaraq davamlı etiraz aksiyalarının keçiriləcəyinin də anonsunu verib.

Siyasi mühacir Rafiq Təmrazov isə qurtuluş gününə etiraz mitinqinin əhəmiyyətindən danışıb, həmçinin 28 mayın, Məmməd Əmin Rəsulzadə və cümhuriyyət qurucularının yazdığı gerçək tarixin əhəmiyyətini vurğulayıb. O, indiki iqtidarın demokratik dəyərlərə, cümhuriyyətə hörmətsizliyini xüsusi vurğulayaraq, ölkəni saldıqları ağır duruma da diqqət çəkib. Ölkədəki siyasi həbslərdən, demokratik dəyərlərin pozulmasından, bir neçə dəfə edilən mürtəce Konstitusiya dəyişikliyindən və Azərbaycandakı avtoritar quruluşdan da geniş danışaraq, Ermənistan tərəfindən işğal edilmiş torpaqların da məhz indiki iqtidarın qorxaqlığı və səriştəsizliyi nəticəsində on illərlə geri qaytarılmadığını da diqqətə çatdırıb. Onun fikrincə, ölkədə demokratiya bərqərar olacağı təqdirdə, Heydər Əliyevin deyil, həqiqi liderlərin, ulu öndərlərin, Rəsulzadə və tərəfdarlarının heykəlləri ucaldılacaq.

Jurnalist Röya Rəfiyeva isə qurtuluş günü başda olmaqla, ölkədəki bütün saxta tarixi günlərə etiraz etməyin vacibliyini bildirib. Azərbaycanda söz və mətbuat, həmçinin insan haqqlarının pozulduğunu vurğulayan R.Rəfiyeva, ölkənin məhz 15 iyun 1993-cü ildən sonra hər sahədə acınacaqlı duruma düşdüyünü diqqətə çatdırıb. O, həmçinin Avropada yaşayan mühacirlərin təşkilatlanmasının vacibliyinə də diqqət çəkib.

Siyasi fəal Zakir Ağayev də çıxışında Heydər Əliyevin və varisi İlham Əliyevin hakimiyyəti dönəmində ölkənin ağır duruma salındığını diqqətə çatdırıb. O, qeyd edib ki, ölkədəki quldur rejim xalqın bir çox fəlakətlərinə əsas səbəbkardır. Torpaqlarımızın H.Əliyevin hakimiyyəti dönəmində Ermənistan tərəfindən işğalından söz açan Z.Ağayev, ölkədəki hazırkı ağır siyasi və iqtisadi durumda da İ.Əliyevi ittiham edib.

Digər siyasi fəallar və mühacirlər Ülkər Məmmədova, Mənzərə Xəlilova, Mahir Əliyev, Qaçay Piriyev, Elçin Əskərov, Ələmdar Bunyadov və digərləri ardıcıl çıxış edərək, 15 İyunu bayram və qurtuluş günü kimi qeyd etməyi yanlışlıq hesab etdilər. Sonda aksiya iştirakçıları qətnaməni imzalayıb səfirliyə təqdim etdilər.

Xeberinfo.de aksiyanın qətnaməsini Azərbaycan və alman dillərində təqdim edir:

və saxta qurtuluş yanlış olaraq bayram və qurtuluş ölkədəki ağır vəziyyətin

“Azərbaycanlı mühacirlər tərəfindən 15 iyun – Milli Qurtuluş Gününə etiraz olaraq, Azərbaycanın Berlindəki səfirliyi qarşısında təşkil edilmiş aksiyanın QƏTNAMƏSİ

15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilib. O, dövrün siyasi vəziyyətindən yararlanaraq, özünü xilaskar kimi təqdim etməklə, 1997-ci ildə adını əbədiləşdirmək məqsədilə Parlamentin, 15 iyunun – Milli Qurtuluş Günü və rəsmi dövlət bayramı olması haqqında, qərar verməsinə nail olub. Uzun illər sovet hakimiyyətinin KQB sistemində, Kommunist Partiyası sıralarında və SSRİ-nin rəhbər sturukturlarında işləyən H.Əliyev qazandığı təcrübə hesabına, siyasi vəziyyəti böyük ustalıqla öz xeyrinə dəyişə bilmişdir. Xalqın etimadından sui-istifadə edərək, hakimiyyəti mənimsəmiş, bütün siyasi rəqiblərini həbs, işgəncə və bu kimi yollarla sıradan çıxarmış və sonra oğlu İlham Əliyevə ötürmüşdür.

H.Əliyev Azərbaycan xalqına və dövlətinə xəyanət etmiş, Konstitusiyanı pozaraq, sülalə hakimiyyətinin əsasını qoymuşdur. Bu gün ölkədə rüşvətin, korrupsiyanın, yerlibazlığın və bu kimi dövləti cinayətlərin yayılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, ikinci dəfə Azərbaycanda iqtidara gəlməklə və bu halı Milli Qurtuluş kimi təqdim etməklə, Azərbaycanın milli maraqlarını arxa plana keçirmiş oldu. Saxta Qurtuluş Günü Azərbaycan xalqının səfil və rəzil günə düşməsinin başlanğıcıdır.

Biz mühacirətdə yaşayan azərbaycanlılar bu Gündən imtina edirik və bütün xalqı bu gündən imtina etməyə səsləyirik. 18 Oktyabr - Azərbaycanın Müstəqillik Günü sadə iş günü olduğu halda, Milli Məclis sədrinin seçildiyi gün, niyə rəsmi dövlət bayramı kimi qeyd edilməlidir? Ömrünün 70 ilini Azərbaycan xalqının ziyalısını, mütəfəkkirini sürgünə göndərən, qətl edən Kommunist Partiyasına xidmət edən Heydər Əliyev, bir günün içində azərbaycanlıların xilaskarına necə çevrilə bilər? 15 iyunda Əliyev xalqı kimdən xilas etdi ki, bu günün adını da Milli Qurtuluş qoydu?! Saxta qurtuluşa, yalançı inkişafa yox deyirik. Biz ölkəmizi belə saxta bayramlardan, saxta inkişaflardan azad etmək istəyirik və mütləq azad edəcəyik.

Əliyev rejiminə səslənirik, Azərbaycan xalqını bundan artıq aşağılamayın, dövləti bundan fazla talan etməyin. İnsanları məhdudiyyət, qorxu, həbs və ölümlə idarə edə bilməyəcəksiz. Baxın, diktator rejimlərin sonu çoox faciəli olur. Mütləq, bu faciəni siz də yaşayacaqsız. Ölkədə yaratdığınız özbaşınalıq, talançılıq, əxlaqsızlığın kəndiri sizin öz boynunuza dolanıb, bunlar çoxaldıqca intihar kəndiriniz də daralır. Bu gün övladına bir tikə çörək apara bilməyən atanın intihar səbəbi sizin harınlığınızdır, saxta qurtuluşun yaratdığı faciədir. Günahsız məhbusların ahı, gecələri aclıqdan qarınlarına daş bağlayan vətəndaşların fəryadı, canını qoruya bilmədiyiniz, qanını torpaqlarımızla birlikdə düşmənə peşkəş etdiyiniz şəhidlərimizin ruhları sizin kabusunuz olacaqlar. Xalq Heydər Əliyevin heykəllərini aşırtmadan, hökuməti xalqa qaytarın.

Azərbaycanı düşmən qarşısında təslimçi və zəlil hala salmısınız. Bu vaxta qədər öyündüyünüz sabitlik də daha yoxdur. Bakının mərkəzində, hamının gözü qarşısında hansısa harın odlu silahla bir neçə nəfəri qətlə yetirir və heç nə olmamış kimi gedirsə, vətəndaş əmlakının, canının güvəndə olmadığı qorxusuyla yaşayırsa, siz hansı sabitlikdən danışırsız? Budurmu, qurtuluş, budurmu Heydər Əliyevin xilas və inkişaf yolu?!

Saxta Qurtuluşa son, diktatora istefa! Bu, bizim şuarımız olacaq, siz qana bulaşmış əlinizi bu xalqdan çəkənə qədər, bu şuarla bütün Avropada sizi rüsvay edəcəyik.

Rədd olsun diktaror Əliyev! Rədd olsun saxta Qurtuluş! Rədd olsun qəsbkar və cinayətkar hakimiyyət!

ERKLÄRUNG

von der Kundgebung vor der Botschaft der Republik Aserbaidschan in Berlin als Protest gegen den Tag der Nationalen Erlösung - 15. Juni, die von den aserbaidschanischen Flüchtlingen organisiert wurde

Am 15. Juni 1993 wurde Heydar Aliyev zum Vorsitzenden des Milli Majlis (Parlament) der Republik Aserbaidschan gewählt. Er nutzte die politische Situation jener Epoche aus, um sich als Retter zu präsentieren, und erlangte im Jahre 1997 die Entscheidung des Parlaments, den 15. Juni als einen Tag der Nationalen Erlösung und als den offiziellen Feiertag festzulegen, um seinen Namen verewigen zu lassen. H. Aliyev, der lange Jahre im KGB-System (in der Staatssicherheit) der Sowjetmacht, in den Reihen der Kommunistischen Partei und in der Amtsführung der UdSSR tätig war, konnte aufgrund seiner erworbenen Berufserfahrung die politische Situation mit der großen Geschicklichkeit zu seinen Gunsten ändern. Er missbrauchte das Vertrauen des Volkes, hat die Regierung an sich gerissen, übergab alle seine politischen Gegner der Verhaftung, Folter und dergleichen und leitete sie dann an seinen Sohn Ilham Aliyev weiter.

H. Aliyev hat das Volk und den Staat Aserbaidschan verraten, gegen die Verfassung verstoßen und den Grundstein für die Dynastie gelegt. Heute ist die Verbreitung von Bestechung, Korruption, Vetternwirtschaft und ähnlichen staatlichen Straftaten im Land genau mit dem Namen von Heydar Aliyev verbunden. Er schob die nationalen Interessen in Aserbaidschan in den Hintergrund, indem er zum zweiten Mal an die Macht in Aserbaidschan kam und es als Nationale Erlösung präsentierte. Der Tag der betrügerischen Nationalen Erlösung des aserbaidschanischen Volkes ist der Beginn seines elenden und armseligen Lebens.

Wir, die im Exil lebenden Aserbaidschaner, lehnen diesen Tag ab und rufen das ganze Volk dazu auf, diesen Tag auch nicht anzuerkennen. Der 18. Oktober - der Tag der Unabhängigkeit von Aserbaidschan - wird als normaler Arbeitstag festgelegt, warum wird der Tag der Auswahl des Vorsitzenden des Milli Majlis als offizieller Staatlicher Feiertag gefeiert? Wie kann Heydar Aliyev, der 70 Jahre seines Lebens der Kommunistischen Partei diente, der Partei, die die Intellektuellen und Denker des aserbaidschanischen Volkes ins Exil schickte und ermordete, innerhalb eines Tages in den Retter der Aserbaidschaner verwandeln? Von wem hat er das Volk am 15. Juni erlöst? Warum wurde dieser Tag als Nationale Erlösung genannt? Wir sagen Nein der falschen Erlösung und der betrügerischen Entwicklung. Wir wollen unser Land von solchen betrügerischen Feiertagen, von falscher Entwicklung befreien, wir werden es unbedingt befreien.

Wir appellieren an das Aliyev's Regime, die Menschen in Aserbaidschan nicht mehr zu demütigen und den Staat nicht auszuplündern. Sie werden nicht mehr in der Lage sein, die Menschen mit Einschränkungen, Angst, Verhaftung und Tod zu kontrollieren. Schauen Sie mal, das Ende aller diktatorischen Regimes bleiben eine Tragödie. Natürlich werden Sie diese Tragödie auch erleben. Die Willkür, die Plünderung und die unmoralische Verhaltensweise, die Sie im Land geschaffen haben, sind mit Ihrem eigenen Nacken behaftet, und wenn sich das vermehrt, schrumpfen auch Ihre Selbstmordattacken.

Die Selbstmordursache für den Vater, der es sich heute nicht leisten kann, ein Stück Brot zu kaufen, ist die Unzufriedenheit, eine katastrophale Tragödie, die durch falsche Erlösung verursacht wird. Die Seelen unschuldiger Gefangener, die Schreie der Hungerstreikenden, deren Bäuche vor Hunger nachts versteinert sind, die Schreie der Bürger, die Seelen der Märtyrer, die wir nicht schafften, ihr Leben zu schützen, deren Blut zusammen mit unseren Gebieten dem Feind übergeben wurde, werden Ihr Albtraum sein. Geben Sie die Macht dem Volk zurück, ohne das Volk die Denkmäler von Heydar Aliyev zu stürzen.

Sie haben Aserbaidschan vor dem Feind als Elend und als Verlierer dargestellt. Es gibt immer noch keine Stabilität, mit der Sie sich rühmen können. Von welcher Stabilität reden Sie, wenn im Stadtzentrum von Baku vor den Augen aller Menschen eine Person mit einer Schusswaffe einige Personen umbringt und sich dann ganz ruhig vom Tatort entfernt, wenn der Staatsbürger mit der Angst um Verlust seines Eigentums, sein Leben in der fehlenden Sicherheit lebt? Ist das die Erlösung, ist es der Weg der Erlösung und Entwicklung von Heydar Aliyev ?!

Ende der betrügerischen Erlösung, Forderung für den Rücktritt des Diktators! Dies wird unsere Parole und Forderung sein, und wir werden sie mit solchen Parolen in ganz Europa blamieren lassen, bis Sie ihre blutverschmierten Hände von diesem Volk ablassen. Hau ab Diktator Aliyev! Weg mit der gefälschten Erlösung! Hau ab die grausame und kriminelle Regierung!“

Saxta qurtulush 1saxta qurtulush 2saxta qurtulush 3saxta qurtulush 4saxta qurtulush 5saxta qurtulush 6

Oxu 125 dəfə