Müsavat Partiyasının verdiyi arayışı məhkəmə saxta hesab edib - Almaniyada

Bu məqaləni qiymətləndir
(0 səs)

Son günlər Avropaya hicrət edən azərbaycanlılara saxta sənəd satılması və bu kimi qanunsuz hallarla bağlı müzakirələr aparılır, qarşılıqlı ittihamlar səsləndirilir. Müsavat partiyasının Avropa Nümayəndəliyi Nəzarət Təftiş Komissiyasının keçmiş sədri, tanınmış jurnalist Yafəz Əkrəmoğlu facebook səhifəsində mövzuya uyğun və ictimaiyyət üçün maraq doğura biləcək status paylaşıb.  Xeberinfo.de  Y.Əkrəmoğlunun statusunu olduğu kimi təqdim edir: 

"Tәqdim olunan partiya bileti vә arayış sizin şikayәtin tәmin olunması üçün uyğun deyil. Artıq diqqәtә alınması vacibdir ki, partiya funksionerlәrinin müsbәt fәaliyyәtlә bağlı tәsdiq arayışlarını Azәrbaycanda әldә etmәk çox da çәtin deyil".

Almaniya, Münster şәhәr mәhkәmәsinin müsavatçı Rahid Besirov haqda çxardığı neqativ qәrarda Müsavat Partiyası vәsiqә vә arayışlarına münasibәt bu cür tәqdim olunub. Rahid Bәşirov Miqrasiya idarәsinin onun haqda çıxardığı mәnfi qәrardan mәhkәmәyә şikayәt etmişdi.

Mәhkәmә yazır ki, Almaniya Xarici İşlәr Nazirliyinin 22 fevfal 2019-cu il tarixli, "Azәrbaycan: mühacirlik vә deportasiya işlәri üzrә..." adlı sәnәdinә istinad edәrәk belә hesab edir .

Rahid Bәsirov 1999-cu ildәn Müsavat Partiyasının üzvüdür. O partiya gәnclәr tәşkilatının sәdr müavini olub. Müxtәlif vaxtlarda hakimiyyәtin tәzyiqlәrinә mәruz qalıb, sutkalıq hәbs dә olunub. 2015-ci ildә NİDA-dan deputatlığa namizәdliyi irәli sürülsә dә MSK qәbul etmәyib.

Müsavat Partiyasının onun tәzyiqlә üzlәşmәsilә bağlı verdiyi arayış әslindә fәaliyyәtinә uyğun gәlir. Bәs onda niyә Mәhkәmә bu arayışı inandırıcı saymayıb?

Qurunun oduna yaş da yanır?

Qәrardan vә Almaniya Xarici İşlәr Nazirliyinin partiyaya aid olan arayış vә vәsiqәlәr haqda mәlumatından belә çıxır ki, onlar indiyә kimi verilәn arayışlar haqda adaşdırmalar apardıqdan sonda bu nәticәyә gәliblәr. Yәni o boyda nazirlik durub havadan belә nәticәyә gәlmәyib. Onlar vәsiqә vә arayışları saxta saymır, lakin arayışda yazılanları ciddiyә alıb, hәqiqәtә uyğun hesab etmirlәr.

Nazirliyin bu sәnәdi artıq partiyanın bütün arayışlarına münasibәtdә tәtbiq oluna bilәr. Yәni mәhkәmә, yaxud miqrasiya idarәsi istәnilәn arayış haqda yoxlama aparmadan belә, bu sәnәdә әsaslanıb bütün müsavatçılara eyni münasibәti sәrgilәyә bilәr. Son zamanlar Almaniyada azәrbaycanlı siyasi mühacurlәrә soyuq münasibәtin fonunda belә görsәnir ki, elә ucdantutma bu sәnәdә әsaslanıb arayışların әksәriyyәtini hәqiqәtә uyğun saymayacaqlar.( 8-10 il әvvәl isә heç tәzyiqә mәruz qalmağı sübut etmәyә belә ehtiyac yox idi. Partiya vәsiqәsini göstәrmәk bәs edirdi).

Artıq Almaniyadakı Müsavat partiyası üzvlәrinin çoxuna vәsiqә vә arayışlarının hәqiqәti әks etdirmәdiyi haqda qәrar vә bildiriş göndәrilib. Mәn dә oxumuşam onları. Çoxu uzun illәrin müsavatçılarıdı. Ancaq, әksәriyyәt bu qәrarların yayılmasını istәmir.

Bu mәlumatı Rahid Bәşirovun öz istәyini nәzәrә alıb paylaşıram. Sәnәdi özüm oxumuşam. Sәnәdi görmәk istәyәnlәr Rahid bәyin özünә müraciәt edә bilәrlәr. Yәqin ki, kimә mәslәhәt bilsә, göndәrәr.

Bu statusla onu çatdırmaq istәyirәm ki, aldanıb siyasi mühacir kimi Avropaya gәlmәyin. Gәlirsizsә özünüzlә daha tutarlı faktlar gәtirmәlisiniz.

Oxu 91 dəfə

Günün videosu