Daha bir mühacirin qardaşı təhdid edilir - FOTO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün Almaniyada yaşayan azərbaycanlı mühacir Valeh Hüseynlinin qardaşı Dadaşov Taleh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Bu barədə V.Hüseynli özü Xeberinfo.de-ə məlumat verib.

V.Hüseynli iddia edir ki, qardaşını ona görə polis çağırıb və bu hal ilk deyil: “Mənim siyasi fəaliyyətimə görə hökumət daim ailəmi təzyiq altında saxlayır. Dəfələrlə xəbərdarlıq edilib ki, hökumətin yanlış siyasətini tənqid etməyim. Əks halda ailəmə qarşı təhdidlər davam edəcəm. Qardaşım Dadaşov Taleh heç bir qanunpozuntusuna yol verməyib və siyasi, ictimai fəaliyyət də göstərmir. Qardaşımı mənim siyasi fəaliyyətim və tənqidi fikirlərimə görə çağırıblar“.

09dc9cda 35ba 48d8 978c 04bbaeb4824a

Oxu 87 dəfə

Günün videosu